Medianews.az
Bağdadda 3 partlayış: 10 nəfər həlak olub
200 baxış

Bağdadda 3 partlayış: 10 nəfər həlak olub

İraqda seçkilər ərəfəsində az qala hər gün partlayış baş verir.

 Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Bağdaddakı partlayış nəticəsində azı 10 nəfər həlak olub.

 Məlumatlar əsasən, eyni vaxtda daha iki yerdə partlayış olub - biri paytaxtın Hüseyniyyə rayonundakı nəzarət-buraxılış məntəqəsi yaxınlığında, o biri isə qonşu yaşayış məntəqəsindəki restoranda.

 BMT-nin məlumatına görə, 2008-ci ilin iyundan bəri 2013-cü ilin apreli İraq üçün ən qanlı ay olub. Bu ayda 712 nəfər, o cümlədən 595 mülki vətəndaş qətlə yetirilib. 

Bizə qoşulun