Medianews.az
Ermənistan İran sərhədində qumarxana açır
281 baxış

Ermənistan İran sərhədində qumarxana açır

Rəsmi İrəvan bunun üçün niyə məhz oranı seçib?

Ermənistanın Maliyyə Nazirliyi İranla sərhəddə, Mehri rayonu ərazisində kazino və uduşlu oyunlar üçün reqlament layihəsini hazırlamalıdır. ANS PRESS-in məlumatına görə, bu barədə qərarı Ermənistan hökuməti qəbul edib. Beləliliklə, Ermənistan ərazisində sayca dördüncü kazino açılmış olacaq.

 

Son kazinonunun açılması üçün seçilən yer xeyli maraqlıdır - İran sərhədi. Məlumdur ki, İranda bu cür oyunlar qadağandır. Bu baxımdan, sərhəddə kazinonun açılması qumar oyunlarına marağı olan iranlıların diqqətini cəlb etməkdən ibarətdir. Rəsmi İrəvan bu yolla Ermənistana get-gedə azalan turist axınını dirçəltmək məqsədi güdür. Yəni, niyyət qumar oynamaq üçün İran-Ermənistan sərhədini keçənlər hesabına ölkəyə gələn əcnəbilərin sayını artırmaqdan ibarətdir. 

Bizə qoşulun