Medianews.az
Bakıda polislə vətəndaşlar arasında kütləvi dava
347 baxış

Bakıda polislə vətəndaşlar arasında kütləvi dava

 

 

 

Polisin piyadanı döyməsi qəzəbi coşdurub 

Bu gün saat 19:00 radələrində paytaxtın Nərimanov rayonu ərazisində Nərimanov parkında əhali ilə polis arasinda insident baş verib. 

AzNews.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hazırda parkda 200 nəfər piket keçirir. İnsidentin yaranmasına səbəb isə polis əməkdaşının yolu keçmək istəyən vətəndaşı cərimələmək istəməsi olub. 

Həmin şəxsə cərimə yazmaq üçün şəxsiyyət vəsiqəsini tələb edən polis bu tələbini yerinə yetirməyən vətəndaşı döyməyə başlayıb. Ətrafdakılar polisin bu hərəkətinə etirazlarını bildiriblər. Çox keçmədən parkda istirahət edən bəzi şəxslər də insidentə müdaxilə edib. Nəticədə narazılıq böyüyüb və hadisə yerinə əlavə polis qüvvələri cəlb edilib. 

Polis AzNews.az-ın hadisə yerində çəkiliş aparmaq istəyən əməkdaşına qarşı zorakılıq tətbiq edib. Eyni zamanda əlindəki mobil telefonla şəkil çəkmək və ya görüntü götürmək istəyən şəxslərə qarşı da zorakılıq tətbiq edib. Polis qətiyyətlə çəkiliş aparılmasına imkan verməyib. 

Nərimanov rayon polis idarəsinin 18-ci polis bölməsi insidentin baş verdiyini təsdiqləyib. Şöbədən AzNews.az-a verilən məlumata görə, artıq insident başa şatib. Növbətçi hissə saxlananlar barədə məlumat verməkdən imtina edib.

Bizə qoşulun