Medianews.az
 18 aylıq Runa ölüm-qalım arasında (FOTO)
430 baxış

18 aylıq Runa ölüm-qalım arasında (FOTO)


 
İndi 18 aylıq olan balaca qızın yaşamı məşəqqət, əzab, sürəkli əziyyət idi. Milli.Az NDTV-yə istinadən bildirir ki, qafasına beyin məhlulu yığılan və nadir xəstəlik olan hidrosefaliyaya mübtəla Runa ölümdən qurtula bilər.

Adının çəkilməsini istəməyən iş adamı uşağın müalicəsi ilə bağlı bütün xərcləri çəkməyə hazır olduğunu bildirib.

Ağır formada hidrosefaliya xəstəsi Runi bu gün xəstəxanada müayinə ediləcək.

Hindistanın paytaxtı Nyu-Delhinin yaxınlığındakı Gurqoan xəstəxanasında Runanın əməliyyatı üçü hazırlıqlar başlanıb.

Qızın anası Fatimə Xatun Allaha sürəkli dua etdiyini deyir.

Həkimlərin dediklərinə görə, başı yaşıdlarının başlarından 3 dəfə böyük olan Runanın həyatda qalmasının özü belə, möcüzədir. Çünki belə xəstələr doğulandan sonra çox yaşamırlar.

"Qızımın başı çox şişdiyindən o, gözlərini tam yuma bilmir. Xəstəxanada oftalmoloq onu müayinə etdi və Runanın gözlərinin qaydasında olduğunu dedi. Axı nə üçün biz kasıblar belə məşəqqət çəkirik?!" - 24 yaşlı Fatimə deyib.

Biçarə ana sonra deyir ki, yoxsulluq ucbatından qızını müalicə etdirməyə pul tapa bilmirdilər: "Runa doğulmazdan əvvəl cəmi iki dəfə həkimə getdim. İlk dəfə hamiləliyin bir, ikinci dəfə də altı aylığında. Runa doğulandan sonra Aqartal xəstəxanasında yatdığım üçün həkimlərə pul verməli idim. O pulu zorla tapdıq".

Runanın atası Əbdül Rəhman isə ata-anasının bu uşağı əsla sevmədiklərini deyir.

"Qonşular belə, Runanın yanına gəlir, onu oxşayır, əzizləyirlər. Atamla anam isə indiyədək bir dəfə bizə gəlməyiblər, Runanı görməyiblər. Həmişə iş olmur, pul tapa bilmirəm. Xeyirxah insanlar olmasaydı, Runa ölərdi", - gündəlik qazancı 3 dollardan artıq olmayan Əbdül Rəhman söyləyib.

Bizə qoşulun