Medianews.az
Üç ayda yol qəzalarında 258 nəfər ölüb
194 baxış

Üç ayda yol qəzalarında 258 nəfər ölüb



Bu ilin ilk 3 ayında Azərbaycanda 646 yol qəzası baş verib. Bunu ANS PRESS-ə açıqlamasında Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.

Onun sözlərinə görə, 2013-cü ilin yanvarın 1-dən martın 31-dək respublika ərazisində 646 yol-nəqliyyat hadisəsi baş verib. Baş verən hadisələr zamanı 258 nəfər ölüb, 691 nəfər xəsarət alıb.

Şöbə rəisi deyib ki, baş verən yol-nəqliyyat hadisələrinin çoxu gənc və təcrübəsiz yox, uzun illər təcrübəsi olan və orta yaşlı sürücülər tərəfindən törədilir.

Bizə qoşulun