Medianews.az
Netanyahu Türkiyədən üzr istəməsi barədə yazıb
178 baxış

Netanyahu Türkiyədən üzr istəməsi barədə yazıb

 

 

İsrailn baş naziri Binyamin Netanyahu "Facebook" səhifəsində Türkiyədən üzr istəmək mövzusunda fikirlərini açıqlayaraq yazıb ki, dəyişən gerçəklər bölgədəki ölkələrlə əlaqələrimizə yenidən nəzər salmağı zəruri edib.

Netanyahu yazıb: "Suriya böhranının davamlı pisləşməsi ən əhəmiyyətli qaygımızdır".  O, Suriyada modern silahların fərqli ünsürlərin əlinə keçməyə başladığını ifadə edərək qeyd edib: "Ən çox qorxduğumuz da kimyəvi silahların terror qruplarının əlinə keçməsidir".

Xüsusilə Golan təpələrində yerləşən qrupların İsrail üçün böyük təhdid olduğunu ifadə edən Netanyahu sərhəd bölgəsini yaxından təqib etdiklərini və ola biləcək bir dəyişikliyə cavab verməyə hazır olduqlarını bildirib.

Türkiyə ilə əlaqələrin kəsilməsindən 3 il sonra bu əlaqələri yenidən təsis etməyə qərar verdiyini yazan Netanyahu bu müddət içərisində də böhranı sona çatdırmaq üçün cəhdlər göstərdiklərini qeyd edib. Netanyahu yazıb: "Suriya ilə sərhədə sahib olan Türkiyə və İsrailin ünsiyyət halında olması əhəmiyyətlidir. .

Netanyahu qeyd edib ki, ABŞ prezidentinin səfəri başa çatarkən aramızdakı böhranı həll etmək üçün Türkiyə baş nazirini aramağa qərar verib.

Qeyd edək ki, sabiq xarici işlər naziri Aviqdor Liberman Netanyahunun Türkiyədən üzr istəməsini "ciddi bir səhv" adlandırmışdı. 

musavat.com

Bizə qoşulun