Medianews.az
AĞDAMA GEDƏK
121 baxış

AĞDAMA GEDƏK

Gənclər Ağdama yürüş edəcək

Sosial şəbəkələrdə Ağdama yürüş kampaniyası başladılıb. Bununla bağlı “Feysbuk” şəbəkəsində səhifə yardılıb və burda yürüşlə bağlı müraciət yerləşdirilib. Müraciətdə qeyd olunur ki, “Bizlər gözləməyə davam etsək, Qarabağı itirməyə davam edəcəyik”.

Gənclər piyada, əliyalın Qarabağa yürüşə çağırırlar: “20 il həll olunmayan məsələnin həlli yolu özümüzük. Nə beynəlxalq qüvvələr, nə də mövcud hakimiyyət bizim addımlarımızı qınamayacaq. Biz müharibə istəmirik, evimizə qayıdırıq. Qarabağa sevgimiz bu dəfə əməldə!

Hər kəsin bacaracağı bir əməldə. Bir yerdə toplaşıb Qarabağa gedəcəyik! Piyada və əliyalın. Sayımızın çoxluğu, maneəmizin yoxluğuna bərabər olacaq. Bütün dünyaya haqq olduğumuzu nümayiş etdirmək üçün hər birimiz birlikdə. Gedə bilməyəcəyiksə, gedə bilməyəcəyik”.

Təşkilatçılar 2013-cü il mayın 8-də Ağdam rayonunun girişində toplaşmağa çağırış edirlər.

Bizə qoşulun