Medianews.az
Bu da Samsung Galaxy S4 (FOTOLAR)
187 baxış

Bu da Samsung Galaxy S4 (FOTOLAR)



Cənubi Koreyanın Samsung Electronics korporasiyası Galaxy S4 flaqman smarftonunun rəsmi təqdimatını keçirdi. Milli.Az Gizmodo-ya istinadən bildirir ki, Galaxy S4 smartfonu 4,99 düymlü Super AMOLED displeyi ilə təchiz olunub. Ekran 1920x1080 pikseldir.

Smartfon 3G (HSPA+ 42 Mbit/s) şəbəkələrində 850, 9900, 1900 və 2100 MHz, habelə 4G (LTE Cat 3 100/50 Mbit/s) şəbəkələrində çalışıb.

Smartfonda Wi-Fi 802.11 a/b/g/n/ac, Bluetooth 4.0, NFC və infraqırmızı kanalla idarəetmə, habelə MHL 2.0 ilə kənar displeylərin qoşulması var.

Samsung Galaxy S4-ün konfiqurasiyasında 2 qeqabaytlıq LPDDR3 operativ yaddaşı, habelə 16, 32 və ya 64 qeqabaytlıq fləş-yaddaş var. Daimi yaddaşın artırılması üçün 65 qiqabayta qədər microSD-ni dəstəkləyən slot var.

Smartfonun əsas kamerası 13 meqapiksel, ön kamerası isə 2 meqapikseldir.
Smartfonda akselerometr, fotometr, rəqəmsal kompas, giroskop, barometr, termometr, qiqrometr və jestlərlə idarə edilmək üçün infraqırmızı sistem var.

Smartfonun ölçüləri 136,6x69,8x7,9 mm, çəkisi 130 qramdır.

2600 mA/saatlıq batareyaya malik smartfon Android 4.2.2 (Jelly Bean) əməliyyat sistemi ilə çalışır.

Galaxy S IV smartfonunun xüsusiyyətləri arasında şifahi və yazılı məlumatları 9 dilə tərcümə edən S Translator, Dual Camera (iki kamera vasitəsilə çəkilən fotoların birləşdirilməsi), Story Album (fotoların albomlara birləşdirilməsi), HomeSync sinxronlandırma sistemi,  S Voice Drive (maşın sürəndə səslə idarəetmə sistemi) və ən nəhayət, istifadəçi ekrana baxmırsa, video nümayişini avtomatik saxlayan Smart Scroll/Pause sistemləri var.

Satıldığı bazardan asılı olaraq smartfon Qualcomm Snapdragon Fusion Pro (4 nüvə, 1,9 qeqahers) və Samsung Exynos 5 Octa (4 nüvə, 1,6 qeqahers) prosessorları əsasında satılacaq.
Yeni smartfon aprelin sonlarında satışa çıxarılacaq.

Aparat ağ və qara rəngli iki variantda olacaq.

Bizə qoşulun