Medianews.az
Elton Məmmədov: ““Azadlıq”, “Yeni Müsavat” Anar Məmmədovdan nə istəyir?”
341 baxış

Elton Məmmədov: ““Azadlıq”, “Yeni Müsavat” Anar Məmmədovdan nə istəyir?”



Milli Məclisin son plenar iclasında millət vəkili Məlahət İbrahimqızı “Topaz”la bağlı şikayətləri səsləndirdikdən sonra bu mərc obyektlərinin kimə məxsus olması məsələsi gündəmə gəlib.

“Azadlıq” qəzetinin bugünkü sayında bu obyektlərin nəqliyyat naziri Zaya Məmmədovun oğlu  Anar Məmmədova məxsus olduğu haqda məlumat verilib.

Millət vəkili və Anar Məmmədovun əmisi Elton Məmmədov Publika.Az-a açıqlamasında bildirib ki, bu obyektlərin Anar Məmmədova heç bir adiyyatı yoxdur:

“Mən anlamıram ki, bu müxalif qüvvələr sağlam gənclərimizdən nə istəyir? Biz hüquqi dövlətdə yaşayırıq. Hüquqi dövlətdə “Topaz” və ya idmanımızın inkişafına yönəldilmiş digər obyektlərin fiziki-hüquqi şəxslər tərəfindən dövlət qeydiyyatından keçərək fəaliyyət göstərməsində qeyri-adı heç nə yoxdur. Bu, artıq hüquqi bazalı məsələdir. Ona görə də hesab edirəm ki, belə məsələlərə nəinki “Azadlıq”, digər müxalif qüvvələr də hüquqi qiymət verməlidir. Bu müxalifət aktiv gənclərimizin hissiyyatı ilə oynamasın. Bu gənclər dövlətçiliyimizə sədaqətlə xidmət edən, dövlətimizin mənafeyini qoruyan insanlardır. Bu insanlara qarşı sağlam mövqedə olmaq lazımdır. Müxalif gənclərlə bu gənclər arasında ziddiyyətli deyil, sağlam münasibət olmalıdır və bu münasibət dövlətimizin inkişafına yönəlməlidir. Axı “Azadlıq”, “Yeni Müsavat” Anar Məmmədovdan nə istəyir? Təəssüflər olsun ki, Anar Məmmədov kimi gənclərimizin sayı azdır. Anar kimi gənclərin dövlətimizin inkişafı və təbliğatı ilə bağlı gördüyü işləri alqışlamaq lazımdır”. 

Bizə qoşulun