
İstintaq təcridxanasından bu gün evə buraxılacağı Nigar Yaqublu üçün gözlənilməz olub. Bu barədə Nigar Yaqublu özü "Yeni Müsavat"a bildirib.
N.Yaqublunun təcridxanadan evə buraxılması xəbərindən qısa bir müddət sonra Yaqublu ailəsində olan reportyorun sözlərinə görə, Nigarın azadlığa çıxması ilə əlaqədar ev qələbəlik olub, xəbəri eşidən qohum-əqrəba, dost-tanış, eləcə də Nigar Yaqublunun partiya yoldaşları onu ziyarətə gəliblər.
N.Yaqublu reportyorumuza bildirib ki, onun təcridaxanadan məntəqə tipli cəzaçəkmə müəssisəsinə deyil, öz evlərinə gətirləcəyi onun üçün gözlənilməz, amma çox xoş olub.
Atası Tofiq Yaqublunun həbs olunması barədə xəbəri fevralın 5-də aldığını bildirən N.Yaqublu əlavə edib ki, hazırda özünü gümrah hiss edir, səhhətində heç bir problemi yoxdur.




