Bu gün ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Azərbaycanın bir sıra siyasi partiya sədrləri ilə görüşüb. Bu barədə redaksiyamıza səfirlikdəki mənbə məlumat verib. Mənbənin dediyinə görə, görüşdə tanınmış müxalifət partiyalarının liderləri ilə ölkədəki ictimai-siyasi durum, prezident seçkiləri məsələsində siyasi partiyaların mövqeyi və digər məsələlərlə bağlı müzakirələr olub.
Qeyd edək səfir Morninqstar Bakıda diplomatik fəaliyyətə başladıqdan indiyə qədər siyasi partiya və vətəndaş cəmiyyəti institutu nümayəndələri ilə vaxtaşırı görüşlər keçirir.