Medianews.az
İLQAR MƏMMƏDOV ABŞ KONQRESİNƏ MÜRACİƏT HAZIRLAYIR
157 baxış

İLQAR MƏMMƏDOV ABŞ KONQRESİNƏ MÜRACİƏT HAZIRLAYIR

 

“REAL”-ın həbsdəki sədri İlqar Məmmədov saxlanıldığı Kürdəxanı təcridxanasından Avropa Parlamentinə və ABŞ Konqresinə müraciət hazırlayıb.

Bu barədə modern.az xəbər verib. İ.Məmmədov bildirib ki, Azərbaycanın beynəlxalq öhdəliklərini pozaraq prezident seçkilərindən “REAL”ın namizədini kənarlaşdırmaq məqsədilə ona qarşı saxta və siyasi mahiyyətli cinayət işinin qurulmasında iştirak edən aşağıdakı şəxslərə viza qadağasının və mümkünsə, maddi səciyyə daşıyan sanksiyaların təsdiqini istəyəcək: PA-nın şöbə müdiri Fuad Ələsgərov, prokurorluq işçiləri Rüstəm Usubov, Eldar Əhmədov, Pərviz İbayev, Səttar Rzayev, Nadir Mirzəyev, Qasım Məmmədov, hakimlər Emin Mehdiyev, Faiq Qasımov, Sahibxan Mirzəyev, Camal Ramazanov. “Siyasi məhbuslar siyahısını tutmaq yox, siyasi məhbuslar yardan rəsmilərin siyahısını tutub onları cəzalandırmaq lazımdır” - deyə İ.Məmmədov vurğulayıb.

musavat.com

 

Bizə qoşulun