
İctimai təşkilat rəhbərlərini yüksək məbləğdə cərimələr gözləyir
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi QHT, dini və digər qurumlar tərəfindən qrantların və ianələrin istifadəsinə nəzarəti sərtləşdirən düzəlişlər layihəsini təqdir edib. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 233-cü maddəsinə düzəlişə görə, qrantların alınmasına dair müqavilələrin və qərarların surətinin qeydiyyat üçün icra hakimiyyəti orqanlarına müəyyən olunmuş vaxtda təqdim edilməməsinə görə cərimə tətbiq olunur: vəzifəli şəxslər üçün 1500 manatdan 2500 manatadək, hüquqi şəxslər üçün 5000 manatdan 7000 manatadək.
Digər düzəlişə görə, qrant müqaviləsi olmadan fəaliyyət göstərən dini qurumlar və QHT xarici ölkələrin QHT nümayəndəliklərindən yardım alınmasına görə cərimə ediləcək. Həmin qurumların vəzifəli şəxsləri 2500-dən 5000 manatadək, hüquqi şəxslər vəsaiti və əmlakı müsadirə olunmaqla 8000-15000 manatadək cərimə olunacaq.
Qeyd edək ki, əməldə bu, gələcəkdə bir çox hüquq-müdafiə və demokratik QHT-lərin fəaliyyətinin sərtləşdirilməsi demək olacaq. Hakimiyyətin imtinası ilə əlaqədar QHT-lərin çoxunun dövlət qeydiyyatı yoxdur. Bununla belə, onlar xarici donorlardan qrant alırlar. Bundan sonra Azərbaycanın dövlət orqanları QHT-nin dövlət qeydiyyatının olmamasını əsas gətirərək qrant sazişlərinin qeydiyyatından imtina edəcək.