Siqaret çəkmək vərdişinin əsasında insanın “arxaik sormaq tələbatı” dayanır. Bu haqda Moskvada keçirilən konfrans zamanı psixoloq Aleksey Şneyer danışıb.
Nəzəriyyəyə görə, doğuşdan sonra ilkin mərhələdə insanda sorma instikti formalaşır ki, mütəxəssislər bunu “inkişafın oral fazası” adlandırırlar. Bu fazada həzz bölgəsi ağız nahiyəsində,daha dəqiq desək, dodaqlarda cəmləşir. Uşaq böyüyür, zamanla həzz bölgələri dəyişir, ancaq oral tələbat olduğu kimi qalır.Bir qayda olaraq, bu tələbat dəyişməzdir, çoxlarının belə bir tələbatı var və müəyyən müddətdən sonra başqa nə iləsə əvəz olunur”,- deyə psixoloq deyib.
Şneyerin fikrincə, bu arxaik tələbat insanın erkən yaşlarda psixoloji travma aldığı təqdirdə artır: “İnsan uşaq yaşlarında bu tələbatını tam şəkildə ödəyə bilmirsə, gələcək illərdə bu boşluğu əsasən siqaretin yardımı ilə doldurmağa çalışır”.
Bu v
ersiyanın siqaret asılılığı ilə bağlı söylənən çoxsaylı nəzəriyyə və fikirlərdən sadəcə biri olduğunu deyən Şneyer buna daha çox ictimai tələbat kimi yanaşıb. Psixoloqun fikrincə, işdəki kollektiv və ya hər hansı ünsiyyətin, müzakirələrin siqaretlə aparılması bizi bu pis vərdişə yoluxdurur.
azvision.az