Medianews.az
“QUBA MƏHBUSLARI”ndan 6 NƏFƏRİ AZADLIĞA ÇIXDI
203 baxış

“QUBA MƏHBUSLARI”ndan 6 NƏFƏRİ AZADLIĞA ÇIXDI

Fərhad Abdurrəhmanov 4, Səxavət Ələsgərov 4 il 3 ay müddətinə azadlıqdan məhrum edildilər; Xaçmazda isə “Xəyal” TV-nin jurnalistlərinin məhkəməsi başlayıb

13dekabrda Zamin Tahirovun sədrliyi ilə Quba rayon Məhkəməsində keçirilən məhkəmə prosesində “Quba məhbusları”nın bir qrupuna hökm oxunub. (bizimyol.info) Səkkiz nəfər - Fərhad Əbdurrəhmanov, Samir Xanmədov, Alxas Danyalov (həbsdə), Samir Talıbov, Mətləb Dadaşov, Sərvin Çobanov, Murad Zakirov, Səxavət Ələsgərova hökm oxundu. İki təqsirləndirilən şəxs istisna olmaqla, digərlərinə 3 il sınaq müddəti olmaqla, şərti cəza verildi. Fərhad Abdurrəhmanov 4 il,Səxavət Ələsgərov 4 il 3 ay müddətinə azadlıqdan məhrum edildi. Samir Xanmədov, Alxas Danyalov, Samir Talıbov, Mətləb Dadaşov, Sərvin Çobanov, Murad Zakirov məhkəmə zalından azadlığa buraxılıblar.

Dünən Xaçmaz Rayon Məhkəməsində Anar İbrahimovun sədrliyi ilə Quba hadisələri ilə bağlı ittiham olunan 6 nəfərin işi üzrə hazırlıq iclası keçirilib. (bizimyol.info) Burada Quba bələdiyyəsinin rəhbəri Elxan Əliyev, yerli “Xəyal” TV-nin icraçı direktoru və redaktoru Vüqar Qonaqovla Elxan Əliyev və başqaları mühakimə olunurlar. Vəkillər həbs-qətimkan tədbirinin ev həbsi ilə əvəzlənməsi barədə vəsatətlə çıxış ediblər. Lakin prokuror Əhəd İbrahimov buna qarşı çıxıb.

 


V.Qonaqov deyib ki, “onu həbsdə saxlasınlar, o birilərini isə yaşlarını nəzərə alaraq azad etsinlər”. O həmçinin müttəhimlərin günahsız olduqlarını söyləyib.

 


Ümumilikdə Quba işi ilə bağlı məhkəmə qarşısında 30 nəfərdən ibarət 4 qrup dayanıb.

musavat.com

Bizə qoşulun