“Portu” Orxan Əliyevlə bağlı qərarını açıqlayıb. Fanat.az xəbər verir ki, futbolçumuzun Portuqaliyanın birinci divizionunda çıxış edən “Portu B”yə keçidi baş tutmayıb.
Komandanın məşqçiləri Orxanın potensial vəd edən futbolçu olduğunu bildirsə də, onun “Portu B”də oynamağa hazır olmadığın qənaətinə gəliblər. Bu səbəbdən ona 19 yaşadək futbolçulardan ibarət komandada oynamaq təklif edilib. Lakin Əliyev bu təklifi qəbul etməyib. Bu səbəbdən azərbaycanlı futbolçunun “Portu”ya keçidi baş tutmayıb.
Bu barədə xəbəri “Portu”nun skautlar departamentinin direktoru Joao Afonso da təsdiqləyib: “Bu futbolçu hazırda “Portu B”nin səviyyəsinə uyğun deyil. Ona görə də ona 19 yaşadək futbolçulardan ibarət komandada oynamağı təklif etdik. Amma bundan imtina etdi. Onun qərarına hörmətlə yanaşırıq”.
fanat.az