Rusiyada təhlükəli “hobbi” - sərxoş olmaq üçün balonlardan və alışqanlardan qazları udmaq onlarla həyat alıb.
Medianews.az xəbər verir ki, ilin əvvəlindən bu təhlükəli hobbidən artıq 20 gənc dünyasını dəyişib.
Son günlər daha iki ölüm hadisəsi baş verib. Noyabrın 21-də Perm diyarında iki 15 yaşlı yeniyetmə parkdakı skamyada qazdan nəfəs alırdılar. Yoldan keçənlər onları görüb və oğlanlar valideynlərinin xəbər tutacağından qorxaraq qaçmağa çalışıblar. Lakin tələbələrdən biri huşunu itirərək yıxılıb. Onu xilas etmək mümkün olmayıb.
Noyabrın 25-də oxşar hadisə Rostov vilayətində, Novoçerkasskda baş verib. 14 yaşlı bir qrup uşaq qazdan nəfəs almaq üçün tərk edilmiş keçmiş peşə məktəbi binasına daxil olub. Bir qız halı pisləşib və həkimlər ona kömək edə bilmədilər.
Sözügedən məşğuliyyətdən bu il Vladimir, Samara, Sverdlovsk, İrkutsk və Lipetsk vilayətlərində, Altay, Krasnodar və Primorsk diyarlarında, Nenets Muxtar Dairəsində ölüm halları qeydə alınıb. Daha onlarla yeniyetmə ağır zəhərlənməyə məruz qalıb.
Medianews.az