Hindistanda beş yaşlı və on aylıq uşaq canavar hücumunun qurbanı olub.
Medianews.az xəbər verir ki, hadisə Uttar Pradeş ştatının Bəhraiç rayonunda baş verib.
Noyabrın 29-da iki canavar evinin qarşısında oynayan beş yaşlı uşağa hücum edib və onu şəkər qamışı kolluğuna sürükləyib. Hadisə şahidləri onların arxasınca qaçaraq evdən yarım kilometr aralıda uşağı qan içində tapıblar. Canavarlar uşağın qollarını yeyib qaçıblar. Uşağı xilas etmək mümkün olmayıb.
İkinci hücum səkkiz saat sonra 70 kilometr uzaqlıqdakı başqa bir kənddə baş verib. Heyvanlar bu dəfə anasının yanında yatan 10 aylıq qıza hücum edib sürükləyiblər. Kəndlilər yırtıcıların gizləndiyi şəkər qamışını iki saat yarım darayıblar. Parçalanmış uşaq evdən 800 metr aralıda tapılıb.
Hücumların baş verdiyi bölgədə tələlər qurulub, canavarların axtarışı üçün pilotsuz təyyarələr yerləşdirilib.
Mütəxəssislər qızın canavar tərəfindən aparılmaması ehtimalını istisna etmirlər, çünki onun evinin yaxınlığında başqa yırtıcı heyvanın izləri aşkarlanıb.
Medianews.az