Medianews.az
2 trilyon dolları idarə edən maliyyəçi indi
51 baxış

2 trilyon dolları idarə edən maliyyəçi indi pomidor yetişdirəcək

Dünyanın ən böyük pensiya fondlarından birinə rəhbərlik etmiş yapon maliyyəçi Masataka Miyazono karyerasında yeni istiqamət seçib.

Medianews.az xəbər verir ki, o, maliyyə sektorundan sonra diqqətini kənd təsərrüfatına yönəldib.

Miyazono daha əvvəl təxminən 2 trilyon dollar dəyərində aktivləri idarə edən "Government Pension Investment Fund" fondunun rəhbəri olub. Vəzifəsindən ayrıldıqdan sonra isə kənd təsərrüfatı investisiyalarına maraq göstərməyə başlayıb.

Məlumata görə, o, Yaponiyanın Hulic Co. şirkətinə məsləhətçi kimi qoşulub. Şirkət Yaponiyada pomidor və çiyələk, Vyetnamda isə xrizantema yetişdirilməsi ilə məşğuldur.

Planlara əsasən, Hulic Co. 2029-cu ilə qədər kənd təsərrüfatı layihələrinə təxminən 700 milyard yen (4,4 milyard dollar) investisiya yatırmağı nəzərdə tutur. Layihə çərçivəsində fermerlərə maliyyə dəstəyi göstərilməsi və yaşlanan kənd təsərrüfatı işçilərini əvəz edəcək yeni nəsil istehsalçıların yetişdirilməsi hədəflənir.

Miyazono bildirib ki, Yaponiyanın dayanıqlılığı üçün kənd təsərrüfatında səmərəliliyin artırılması vacibdir. Onun sözlərinə görə, fermerlərin bu prosesi təkbaşına həyata keçirməsi çətindir və şirkətlərin də bu sahəyə qoşulması zəruridir.

Qeyd edək ki, Japanda kənd təsərrüfatı sektoru sürətlə qocalan əhali səbəbindən ciddi problemlərlə üzləşir. Son 20 ildə kənd təsərrüfatında çalışanların sayı iki dəfə azalaraq 2024-cü ildə təxminən 1,1 milyona düşüb, fermerlərin orta yaşı isə 69,2-yə yüksəlib.

Bir vaxtlar 2 trilyon dollarlıq aktivləri idarə edən Miyazono indi cəmi üç nəfərlik kiçik komanda ilə kənd təsərrüfatı investisiyaları üzərində çalışır.

Medianews.az

Bizə qoşulun