Medianews.az
114 yaşlı nənənin bir arzusu var -
47 baxış

114 yaşlı nənənin bir arzusu var - FOTO

114 yaşlı Fatime Bilən oğlu Səlahəddin Bilənlə birlikdə Türkiyənin Kastamonu vilayətinin Çatalzeytun rayonunda yaşayır. Ona oğlu baxır.

Metbuat.az xəbər verir ki, 17 ildir oğlu ilə yaşayan Fadime Bilən 1911-ci ildə Trabzonun Akçaabat bölgəsində anadan olub. Yeriməkdə çətinlik çəkən yaşlı qadının altı uşağı var.

Fadimə nənə həyat yoldaşını 20 il əvvəl itirib. Anasına 65 yaşlı oğlu Səlahəddin Bilən qulluq edir.

114 yaşlı qadının həyatda bir arzusu var. O, Kastamonudan doğma şəhəri Trabzona gedib oradakı qohumlarını görmək istəyir.

Maddi sıxıntı üzündən oğlu anasının bu arzusunu həyata keçirə bilmir.

Türkiyə mediası onun problemini ictimailəşdirəndən sonra xeyirxah insanların yaşlı qadının sonucu arzusunu yerinə yetirəcəyi gözlənilir.

Sosial şəbəkələrin Türkiyə seqmetində Fadimə Bilənin son diləyi müzakirə olunur.

Bizə qoşulun