Şimali İrlandiyadan olan ən yaşlı İkinci Dünya Müharibəsi veteranı növbəti ad gününü qeyd edib.
Medianews.az xəbər verir ki, o, uzunömürlülüyünü viski ilə əlaqələndirib.
107 yaşlı Norman İrvine İkinci Dünya Müharibəsində xidmət edən 50 min Şimali İrlandiya əsgərindən biri idi. O, 1939-cu ildə artilleriyaya qoşulmuş, lakin sonradan mühəndislik qabiliyyətini nümayiş etdirərək mühəndis bölməsinə keçirilmişdir.
Misir, Liviya, Tunis, Suriya, Fələstin və İtaliyada döyüşmüşdür. O, xidmət illərini minnətdarlıqla xatırlayır, çünki sonradan əldə etdiyi mühəndislik bacarıqları mülki həyatda faydalı olub.
1945-ci ildə tərxis olunduqdan sonra o, Amerikanın Heinz şirkətinin filialı da daxil olmaqla bir neçə fabrikdə işləmişdir. Norman uzunömürlülüyünün əsas səbəbi kimi viskiyə olan sevgisini göstərib.
Veteran etiraf edib ki, o, hələ də hər gün sevimli içkisindən bir stəkan içir.
Medianews.az