Medianews.az
Hər gün  limonad içən qadın
45 baxış

Hər gün limonad içən qadın 101 yaşını qeyd etdi

101 yaşını qeyd edən britaniyalı qadın hər gün limonad içdiyini deyib. 

Medianews.az xəbər verir ki, qadın bildirib ki, məhz bu içki  onun çox yaşamasına səbəb olub. 

“Anam limonad hazırlayırdı. Dadı hələ də yadımdadır. O vaxtdan bəri hər gün bir stəkan içirəm", - o deyib. 

Britaniyalı şəffaf limonadlara üstünlük verdiyini bildirib.

O, gəncliyində atasına fermada köməklik edib, daha sonra ayaqqabı fabrikində işləyib. Zamanla oyuncaq fabrikində usta olub və təqaüdə çıxana qədər burada çalışıb.

Medianews.az

Bizə qoşulun