Pentaqon Çinin Monqolustanla sərhəd yaxınlığında 100-dən çox qitələrarası ballistik raket yerləşdirdiyini açıqlayıb.
Publika.az xəbər verir ki, Pentaqon əvvəllər bu raketlərin bölgədəki mövcudluğu barədə məlumat versə də, onların sayını açıqlamamışdı.
Bildirilir ki, Çin Monqolustanla sərhəd yaxınlığındakı üç ayrı nöqtədə 100-dən çox "Dongfeng-31" qitələrarası ballistik raketlərini yerləşdirib.
Sənəddə yeni yerləşdirilən raketlərin potensial hədəfləri göstərilmir.