Medianews.az
10-cu mərtəbədən yıxılan məktəbli qız
72 baxış

10-cu mərtəbədən yıxılan məktəbli qız SAĞ QALDI

Rusiyada binanın 10-cu mərtəbəsindən yıxılan 16 yaşlı qız möcüzəvi şəkildə sağ qalıb.

Medianews.az xəbər verir ki, hadisə 4 fevralda günorta saatlarında, Moskvanın cənub-şərqində baş verib.

Şahidlər qızın hündürmərtəbəli binanın yaxınlığındakı böyük bir qar yığınına düşdüyünü görüblər. Yıxıldıqdan sonra qız ayağa qalxıb və binanın birinci mərtəbəsindəki gözəllik salonuna gedib. Məktəbli yan üstə uzadılıb və təcili yardım gələnə qədər yorğanla örtülüb.

Bir neçə dəqiqə sonra qızın valideynləri gəlib.

Hadisədən bir müddət əvvəl ailənin qonaq qohumu ilə kiçik bir mübahisə etdiyi məlum olub.  Lakin qız heç bir depressiv fikir bildirməyib.

Medianews.az

Bizə qoşulun