Medianews.az
İnsult riskini azaltmağın
67 baxış

İnsult riskini azaltmağın sadə YOLU

Aralıq dənizi pəhrizi bütün növ insult riskini azaltmağa kömək edir.

Medianews.az xəbər verir ki, bu nəticəyə alimlər apardıqları genişmiqyaslı, uzunmüddətli tədqiqatdan sonra gəliblər.

Tətqiqat Neurology Open Access jurnalında dərc olunub.  

Araşdırmada insult keçirməyən və tədqiqatın əvvəlində orta yaşı 53 olan 105.000-dən çox qadın iştirak edib. İştirakçılar pəhriz anketlərini doldurmuş, bundan sonra onların pəhrizləri Aralıq dənizi pəhrizinə riayət etmə şkalası istifadə edilərək qiymətləndirilmişdir.

21 illik müşahidə müddətində iştirakçılar arasında 4000-dən çox insult qeydə alınıb. Siqaret çəkmək, fiziki aktivlik və qan təzyiqi kimi qarışıq amillər nəzərə alındıqdan sonra, Aralıq dənizi pəhrizinə ən çox riayət edən qadınlarda ümumi insult riski 18 faiz aşağı olub. Onların işemik insult riski pəhrizə ən az riayət edənlərlə müqayisədə 16 faiz, hemorragik insult riski isə 25 faiz aşağı olub.

Medianews.az

Bizə qoşulun