İki gün ərzində Bakıda davam edən şiddətli külək nəticəsində ümumilikdə 78 ağacın sınması, 40 ağacın budaqlarının qırılması qeydə alınıb.
Medianews.az xəbər verir ki, bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi məlumat yayıb.
Bildirilib ki, bu günlərdə gücləndirilmiş iş rejimində çalışan Birliyin əməkdaşları tərəfindən sınan ağaclar və qırılan budaqlar tərəfindən operativ şəkildə görütülüb və ərazi təmizlənib.
















