Medianews.az
Bıçaqlanan yeddi yaşlı uşağın durumu
66 baxış

Bıçaqlanan yeddi yaşlı uşağın durumu açıqlandı

Ağcabədi rayonunda bıçaq xəsarətləri alan yeddi yaşlı uşağın durumu açıqlanıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından bildirilib.

Qeyd olunub ki, fevralın 4-də saat 18:00-da 2019-cu il təvəllüdlü azyaşlı (kişi) bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş və deşilmiş yaraları diaqnozu ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Məlumatda bildirilib ki, pasiyent dərhal əməliyyat blokuna alınıb:

"Əməliyyat icra edildikdən sonra pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Hazırda vəziyyəti orta ağır olaraq qiymətləndirilir".

Bizə qoşulun