Medianews.az
1 ay sonra toyu olacaqdı -
316 baxış

1 ay sonra toyu olacaqdı - Faciəvi şəkildə ÖLDÜ

Türkiyənin Denizli vilayətinin Merkezefendi rayonunda sürücülük dərslərinə gedən 26 yaşlı fizioterapevt Simge Bayram piyada keçidində avtomobil tərəfindən vurularaq ağır yaralanıb.

Medianews.az xəbər verir ki, gənc qadın xəstəxanaya çatdırılsa da, həkimlərin bütün müdaxilələrinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Özəl xəstəxanada fizioterapevt kimi çalışan Simge Bayram sürücülük məktəbinə getdiyi vaxt yolu keçmək istəyərkən sürücü S.T.-nin idarə etdiyi 34 DPB 653 nömrəli avtomobil tərəfindən vurulub. Zərbənin təsiri ilə bir neçə metr sürüklənən gənc qadın ağır xəsarətlər alıb. Hadisə yerinə çağırılan təcili yardım tərəfindən Servergazi Dövlət Xəstəxanasına aparılan Simge Bayram reanimasiya şöbəsində müalicə alsa da, həyatını itirib. Onun cənazəsi ekspertiza üçün Məhkəmə Tibbi Ekspertiza İnstitutunun Denizli Regional Müdirliyinə göndərilib.

Qəzanı törədən sürücü S.T. polis tərəfindən nəzarətə alınıb.

Simge Bayramın bir ay sonra inşaat mühəndisi O.Ç. ilə evlənməyə hazırlaşdığı bildirilib. Toya hazırlaşan fizioterapevtin faciəvi ölümü bütün yaxınlarını sarsıdıb.

Medianews.az

Denizli'de düğün hazırlığındaki fizyoterapiste araç çarptı, hayatını kaybetti

Bizə qoşulun