Oktyabrın 4-də Gürcüstanda dövlət çevrilişinə cəhdə dəstək verənlərin hamısı qanun qarşısında cavab verməlidir.
Medianews.az Teleqraf-a istinadən xəbər verir ki, bunu “Qaxariya Gürcüstan üçün” partiyasının üzvü Tamar Kekenadze deyib.
“Qondarma çevriliş təxribatına hansısa formada dəstək vermiş bütün şəxslər, ilk növbədə, sabiq prezident Mixail Saakaşvilinin Milli Hərəkat Partiyası və ona bağlı təşkilat və fərdlər cavab verməlidirlər. Bu prosesdə seyirçi rolunda olanların siyasi məsuliyyətindən də danışırıq. Burada söhbət sabiq prezident Salome Zurabişvilidən gedir”, - o bildirib.
Xatırladaq ki, Tiflis Şəhər Məhkəməsi bu gün oktyabrın 4-də paytaxtda prezident sarayına hücumun təşkili ittihamı ilə təqsirləndirilən Gürcüstanın keçmiş müdafiə naziri Baço Axalayanın barəsində həbs qətimkan tədbiri seçib.