Medianews.az
Zelenski niyə Qazaxıstanı seçir?
348 baxış

Zelenski niyə Qazaxıstanı seçir?

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə Qazaxıstanda görüşməyə hazır olduğunu bildirib.

Halbuki Zelenski daha əvvəl görüş yeri kimi Türkiyə və bir neçə Avropa ölkəsini təklif etmişdi.

Zelenski niyə bu dəfə Qazaxıstanın adını çəkib?

Bununla Zelenski demək istəyib ki, o, Putinlə Rusiyanın strateji tərəfdaşı sayılan və Rusiya ilə birgə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Avrasiya İqtisadi Birliyinin üzvü olan ölkənin ərazisində belə görüşməyə hazırdır.

Beləliklə, Zelenski Qazaxıstanla Belarusun onun üçün fərqini də göstərmiş olub. Zelenski Belarusu Rusiyanın vassalı hesab edir və bu ölkədə Putinlə görüşmək istəmir. Qazaxıstan isə Rusiyanın strateji tərəfdaşı olsa da, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir.

Zelenski BMT Baş Assambelyasının sessiyası çərçivəsində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşüb. Liderlərin ingilis dilində söhbətləşməsi Rusiyadakı şovinist dairələrin narazılığına səbəb olub.

Zelenski yeni təklifi ilə Putini çətin vəziyyətə salıb. Kreml sahibinin Qazaxıstan variantını rədd etməsi Astana ilə Moskva arasındakı münasibətlərdə sualların sayını artıracaq.

Kremlə yaxın şovinist dairələr bundan əvvəl də Qazaxıstanın ərazi bütövlüyünü şübhə altına alan açıqlamalar verirdilər.

Elxan Şahinoğlu,
politoloq

Bizə qoşulun