Medianews.az
Zelenski ABŞ-dən
202 baxış

Zelenski ABŞ-dən nə gözləyir?  

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa liderlərinə ABŞ-nin Rusiyaya təzyiq göstərəcəyini gözlədiyini bildirib.

Medianews.az xəbər verir ki, bu barədə "The Financial Times" qəzeti məlumat verir.

Zelenskinin Avropa liderləri ilə söhbəti barədə məlumatlandırılan iki mənbəyə görə, Ukrayna prezidenti Moskvanın sülh prosesində maraqlarından imtina etməsi və ya Kiyevin təklif etdiyi planı qeyd-şərtsiz qəbul etməsinə inanmır.

Eyni zamanda, Zelenski Avropa liderlərinə ABŞ-nin diqqətini Rusiyaya təzyiq göstərməyə yönəltməsini istədiyini bildirib.

Medianews.az

Bizə qoşulun