Medianews.az
Zaxarovadan Avropaya SƏRT XƏBƏRDARLIQ:
68 baxış

Zaxarovadan Avropaya SƏRT XƏBƏRDARLIQ: "İşlərini düzgün görə bilmirlər"

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova bildirib ki, Avropa siyasəti Ukraynadakı korrupsiya qalmaqalları qarşısında təbii və obyektiv reaksiya vermir.

Medianews.az xəbər verir ki, bu barədə Zaxarova Sputnik-ə açıqlamasında danışıb.

Diplomat xüsusilə Ukrayna biznesmeni Timur Mindiçin başçılıq etdiyi korrupsiya sxemlərinindən danışaraq belə sual edib:

“Avropalılar haqlı olaraq narazıdırlar deyirlər, amma hansı Avropalılar? Avropa Komissiyasının üzvü Josep Borelmi, yoxsa başqaları?”.

O, həmçinin vurğulayıb ki, Ukrayna daxilində aparılan korrupsiya ilə mübarizə işləri kifayət qədər şəffaf deyil və bu, Avropanın reaksiyasını daha da çətinləşdirir:

“Diplomatlar bunu görür, amma təqdim olunan məlumatlar əksər hallarda dəqiq yoxlanılmayıb. Avropa siyasətçiləri vəziyyəti tam qiymətləndirməyə qadir deyillər. İşlərini düzgün görə bilmirlər”.

Zaxarova həmçinin qeyd edib ki, noyabrın 10-da “Midas” adlı qurum və onun idarə etdiyi korrupsiyaya qarşı mübarizə orqanı, həmçinin “Energoat” şirkətində baş verən qalmaqallarla bağlı bir sıra şəxslər, o cümlədən Timur Mindiç, eks-vitse-premyer Aleksey Çernışov və digər biznesmenlər ittiham olunublar.

Onun sözlərinə görə, bu qalmaqallar Ukrayna siyasətində dərin təsir göstərir və Avropanın verdiyi reaksiyalar tam obyektiv deyil.

Medianews.az

Bizə qoşulun