Medianews.az
Zaurdan Ülviranın sözlərinə reaksiya
91 baxış

Zaurdan Ülviranın sözlərinə reaksiya

Aparıcı Zaur Baxşəliyev Əməkdar artist Elnarə Abdullayevanın qızının təhsil aldığı halda çalışmaması haqda fikirlərinə münasibət bildirib.

Zaur proqramında bildirib ki, qadına təhsil önəmlidir:

"Elnarə xanıma deyirlər ki, qız işləməyəcəksə, niyə ona diplom aldınız? Vacib deyil qız diplomu işlədəcək və ya yox, çalışacaq, ya da çalışmaycaq. Allah hər bir qadına əl yox, ər çörəyi yetirsin. Hər bir qadının arzusudur ki, sağlam və sağlam düşüncəli həyat yoldaşı olsun. Qazansın gətirsin, yesin, içsin gəzsin, kef etsin. Əylənsin, xoşbəxt yaşasın. Qadın kefindən işləsin. Qazanıb özünə xərcləsin, gətirib evi saxlasım düşüncəsi ilə çalışmasın. Amma təhsil vacibdir".

Qeyd edək ki, aparıcı Ülvira Qarayeva verilişində qonaq olan zaman Əməkdar artist Elnarə Abdullayevaya qızı ilə bağlı "Qızın diplomu cehiz kimi aparıb. Onun yerində başqası oxusaydı, cəmiyyətə qarışacaqdı. Başqasının haqqına girib" sözlərini deyib. Müğənni isə ona "Diplom kiminsə çalışması üçün deyil. Bütün qadınlara ər çörəyi arzulayıram. Ürəyi istəyirsə, getsin çalışsın. Öz haqqıdır, imtahan verib girib. Pulla onu ora qoymamışıq. Pul verib yerində otursaydı, başqasının yeri olardı" cavabını verib. (Axşam.az)

Bizə qoşulun