Medianews.az
Zaur Darabzadəyə ağır
54 baxış

Zaur Darabzadəyə ağır İTKİ

"CinemaPlus" kinoteatrlar şəbəkəsinin rəhbəri Zaur Darabzadənin anası Ruqiyyə Darabzadə vəfat edib. 

Medianews.az xəbər verir ki, bu barədə Z. Darabzadənin yaxınları məlumat verib. 

Yas mərasimi aprelin 23-də "Təzəpir" məscidində keçiriləcək. 

Qeyd edək ki, Zaur Darabzadə Azərbaycanda ilk internet radio "Day.Az Radio"nu yaradıb. Bundan başqa, "Day.Az Media" şirkətində (Trend.Az, Day.Az, Milli.az, Turbo.az) direktor müavini kimi çalışıb. 2012-ci ildə Bakıda "FIFA U-17" Qadınlararası Dünya Çempionatı çərçivəsində "Universal Music Group"un təşkilatçılığı ilə Azərbaycanda Cennifer Lopez, Rihanna və Şakira kimi dünya şöhrətli ulduzların "Baku Crystall Hall" səhnəsində solo-konsertlərinin marketinq direktoru olub. Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin nəzdində AVTO FM 107.7 radiosunu yaradaraq, koordinator vəzifəsində çalışıb. 2015-ci ildə Azərbaycanda regionun ilk müasir texnologiyalarla təchiz edilmiş "CinemaPlus" kinoteatrlar şəbəkəsinin baş direktoru vəzifəsinə təyin olunub. 2018-ci ilin yanvar ayından "CinemaPlus" kinoteatrlar şəbəkəsinin İdarə Heyətinin üzvü seçilib və bu vəzifədə bu günədək çalışır. Bu sahədə işlədiyi müddətdə Azərbaycanın müxtəlif regionlarında kinoteatrların açılışına təşəbbüs göstərib. 2005-ci ildən başlayaraq 30-dan çox xarici ölkədə keçirilən müxtəlif beynəlxalq tədbirlərdə, forumlarda Azərbaycanı təmsil edib.

Həmçinin, 2020-ci ildə 23 saylı Nəsimi-Səbail seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınıb.

Bizə qoşulun