“Axşam yeməyi ilə yatmaq arasında iki-üç saatlıq fasilə yuxusuzluğu aradan qaldırır”.
Medianews.az xəbər verir ki, bunu qastroenteroloq Sergey Vyalov deyib.
O bildirib ki, şam üçün düzgün vaxt seçmək yuxusuzluğu aradan qaldırmağa kömək edə bilər.
Vyalovun fikrincə, axşam yeməyi ilə yatmaq arasında ideal interval iki-üç saatdır. Buna görə də, əgər insan, məsələn, saat 21:00-da yuxuya gedirsə, axşam 18-19 arasında şam etməlidir.
Həkim izah edib ki, bu interval qidanın qismən həzm olunmasına imkan verir. Nəticədə, gecələr mədə yanması, reflü və digər mədə-bağırsaq problemləri riski azalır və nəticədə yuxu yaxşılaşır.
Medianews.az