2026-cı ildən etibarən yetkinlik yaşına çatmayanlar üçün Rusiya ərazisinə giriş və çıxış qaydaları dəyişib.
Medianews.az Rusiya Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, bundan sonra Rusiya ərazisinə uşaqlar yalnız xarici pasportla daxil ola və ölkədən çıxa biləcəklər.
Nazirlikdən o da bildirilib ki, yetkinlik yaşına çatmayanların dövlət sərhədini keçməsi üçün yeni qaydalar 20 yanvar 2026-cı ildən qüvvəyə minəcək.