Rusiyada 15 yaşlı oğlan aşağı qiymətə görə, riyaziyyat müəllimini bıçaqlayıb.
Medianews.az xəbər verir ki, hadisə bu gün, dekabrın 15-i, Sankt-Peterburqda baş verib.
Sinif yoldaşlarının sözlərinə görə, oğlan müəllimdən ona aşağı qiymət verdiyinə görə qisas almaq istəyib.
Hər ikisi hazırda xəstəxanadadır.
Oğlanın anası həmin məktəbdə tarix müəllimi işləyir. O, oğlunun əlavə dərslərə getməsi üçün riyaziyyat müəllimi ilə razılığa gəlib. Yeniyetmə bu gün dərsdən əvvəl qiymətini düzəltmək istəyib, lakin bunun əvəzinə müəllimini kürəyindən bıçaqlayıb və özünü yaralayıb. Müəllim kürəyindən və qollarından ən azı üç bıçaq yarası alıb.
Məlumata görə, uuşaq yaxşı şagird idi, amma dostları yox idi. O, atasız böyüyüb. Oğlan sinifindən yalnız bir neçə nəfərlə ünsiyyət qurub, münaqişəyə girməyib, amma anası ilə daha çox vaxtını kafedə keçirib.
Qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açılıb.
Hazırda hadisə araşdırırlar.
Medianews.az