Medianews.az
Yeni Klinikada
61 baxış

Yeni Klinikada İLK

Yeni Klinikada ilk dəfə 22 yaşlı gənc üzərində robotik xolesistektomiya əməliyyatı həyata keçirilib.

Musavat.com bildirir ki, bu barədə Cərrahiyyə və Transplantasiya Mərkəzinin rəhbəri, Yeni Klinikanın direktor müavini Eldar Əhmədov Yeni Klinikada robotik cərrahi əməliyyatın ilk dəfə icra olunmasına dair keçirilən brifinqdə məlumat verib.

Onun sözlərinə görə, robotik cərrahiyyə yüksək texnologiyaya əsaslanır və əməliyyat sahəsini 10–12 dəfə böyütməklə həkim üçün daha rahat və dəqiq çalışma imkanı yaradır:

“Bu sistem gələcəkdə Gəncədə olan cərrahın Bakıda əməliyyat aparmasına, eyni zamanda Bakıda olan həkimin regionda cərrahi müdaxilə icra etməsinə imkan verəcək. Bu gün həyata keçirilən əməliyyat təxminən bir saat davam etdi. Hazırda xəstənin vəziyyəti stabildir və özünü yaxşı hiss edir”.

Bizə qoşulun