Astroloqların proqnozlarına görə, yeni il bəzi bürclər üçün sadəcə tarix dəyişikliyi deyil, həyatın tamamilə fərqli istiqamətə yönəldiyi xüsusi bir dövrün başlanğıcı olacaq.
Medianews.az Musavat.com-a istinadən xəbər verir ki, uzun müddətdir gözlənilən arzular, təxirə salınan planlar və ürəkdən dilənən istəklər bu bürclər üçün gerçəyə çevrilməyə başlayacaq. Yeni il onlara şans, bolluq və sevindirici dəyişikliklər vəd edir.
Qoç
Yeni ilin ən şanslı bürclərindən biri məhz Qoçdur. Son illərdə yaşanan durğunluq və maneələr geridə qalır. Qoçlar üçün həm karyera, həm də şəxsi həyatda yeni qapılar açılır. Gözlənilməz təkliflər, irəliləyiş və maddi baxımdan rahatlama mümkündür. Ən əsası isə Qoçlar bu dövrdə özlərinə olan inamlarını yenidən qazanacaq və cəsarətli addımlarının bəhrəsini görəcəklər.
Buğa
Yeni il Buğalar üçün sabitlik və rifah gətirir. Uzun müddət səbrlə gözlədikləri məsələlər yavaş-yavaş yoluna düşəcək. Maddi qazanc, ev və ailə ilə bağlı sevincli xəbərlər gündəmdə olacaq. Buğa bürcləri üçün bu dövr daha sakit, amma bir o qədər də məhsuldar keçəcək. Daxili rahatlıq və güvən hissi güclənəcək.
Şir
Şirlər yeni ildə parlayacaqları bir mərhələyə qədəm qoyurlar. Xüsusilə tanınmaq, önə çıxmaq və öz sözünü demək istəyən Şirlər üçün fürsətlər çox olacaq. Sevgi həyatında canlanma, iş həyatında yüksəliş və sosial çevrədə güclənmə gözlənilir. Nağıl kimi deyilən dövr Şirlər üçün özlərini mərkəzdə hiss etdikləri bir zaman olacaq.
Balıqlar
Balıqlar üçün yeni il arzuların reallaşdığı, daxili dünyalarının rahatladığı bir mərhələ olacaq. Keçmişdə yaşanan məyusluqlar geridə qalır, yerini ümid və ilham alır. Sevgi münasibətlərində gözlənilməz xoş sürprizlər, ruhani və şəxsi inkişaf ön planda olacaq. Balıqlar bu dövrdə sanki həyatın axınına güvənməyi öyrənəcəklər.