Medianews.az
Yeni general Kəmaləddin Heydərovun xanımının
72 baxış

Yeni general Kəmaləddin Heydərovun xanımının dayısı oğlu imiş

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələri verilib.

Sərəncama əsasən polkovnik Vaqif Tofiq oğlu İbrahimova "daxili xidmət general-mayoru” ali xüsusi rütbəsi verilib.

Məlumata görə, V.İbrahimov Qəbələ, Lənkəran və Ağdaşın sabiq icra başçısı Tofiq İbrahimovun oğludur.

Tofiq İbrahimov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun həyat yoldaşı Ruhəngiz Heydərovanın dayısıdır.

Onlar əslən Ağdaş rayonundan olsalar da, sonradan Qəbələ şəhərinə köçüblər.

Qaynarinfo-nun məlumatına görə, bu gün general-mayor rütbəsi alan digər şəxs - Seymur Qaraşov isə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğludur./Oxu24.com/

Bizə qoşulun