Altı övladlı bir ailə sosial mediada geniş müzakirələrə səbəb olub.
O, ailə başçıları çoxuşaqlı olmalarına görə aldıqları müxtəlif reaksiyalardan danışıblar.
Onların sözlərinə görə, 13 ildir ailə qurublar və cəmi 20 gün tanış olduqdan sonra evləniblər. Ata bildirib ki, əvvəlcə iki uşaq istəsə də, həyat yoldaşı həmişə çoxuşaqlı ana olmağı arzulayıb.
Ana deyib ki, artıq 4 ildir demək olar yuxusuzdur, lakin bütün çətinliklərdə həyat yoldaşı ona dəstək olub: "Hər işdə yoldaşım köməkdir. Elə vaxt olub işi olmayıb, zibil ataraq pul qazanıb, amma bizi darda qoymayıb".
Ailə sosial şəbəkələrdə yazılan bəzi şərhlərə də münasibət bildirib. Onların sözlərinə görə, "Uşaqlarınıza geyim verək?" kimi təkliflər gəlsə də, heç birini qəbul etmirlər: "Allah yoldaşımın canını sağ eləsin, heç vaxt cddi problemimiz olmayıb".
Onlar bəzi insanların "Kasıbın uşağı çox olar, varlının iki övladı" kimi fikirlərlə insanı incitdiyini də vurğulayıblar. "Allah məni 6 övladın valideyni olmağa seçib. Bu, mənim üçün böyük nemətdir. 4 qızıma da ataları kimi həyat yoldaşı arzulayıram", - deyə ana əlavə edib.