Medianews.az
Fransa səfiri Azərbaycana
46 baxış

Fransa səfiri Azərbaycana təşəkkür etdi

Fransanın Azərbaycandakı səfiri Sofi Laqutt İrandan təxliyələrdə köməyinə görə rəsmi Bakıya təşəkkür edib.

Diplomat bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

"Vətəndaşımız üçün göstərdikləri çox səmərəli və operativ yardıma görə Azərbaycan Xarici İşlər Nazirliyinə təşəkkür edirik", - deyə o bildirib.

Qeyd edək ki, martın 1-dən bu gün saat 17:00-a qədər Astara Sərhəd Gömrük keçid məntəqəsindən bir Fransa, 13 Tacikistan, 21 Azərbaycan, 50-yə yaxın Rusiya, 35 Pakistan, 65-ə yaxın Çin vətəndaşının keçidi təmin olunub.

Bizə qoşulun