Medianews.az
Dünyada qazın qiyməti kəllə-çarxa çıxdı
79 baxış

Dünyada qazın qiyməti kəllə-çarxa çıxdı

Qətərin enerji şirkəti İranın "Ras Laffan" və "Mesaied" qaz emalı obyektlərinə hücumları səbəbindən maye qaz (LNG) istehsalını dayandıracağını elan etdikdən sonra qlobal bazarda təbii qaz qiymətləri kəskin şəkildə artım nümayiş etdirir.

Niderlandın TTF qaz qovşağında təhvil verilməklə satılan qazın qiymət təxminən 50% artaraq MVt/saat üçün təxminən €47,8-ya çatdı ki, bu da 1000 kubmetr üçün təxminən $550 deməkdir.  

Oxşar tendensiyalar Asiya LNG spot bazarlarında da müşahidə olunur, burada qiymətlər qalan yük həcmləri uğrunda rəqabət fonunda əhəmiyyətli dərəcədə artır. 

Onu deyim ki, qaz qiymətlərinin artması təkcə birbaşa təchizat şokunu deyil, həm də fundamental qeyri-müəyyənliyi və təchizatda daha da fasilələrin yaranması qorxularını əks etdirir. 

Bazar iştirakçılarının tədarükləri tənzimləmək və qlobal təchizatın sabitliyinə inamı bərpa etmək üçün zamana  ehtiyac duyacağı üçün qaz qiymətləri qarşıdakı həftələrdə də yüksək olaraq qala bilər. 

Bu yüksək qiymət dəyişkənliyinin müddəti Qətərin LNG sisteminin tam istehsala çatıb-çatmamasından, eləcə də regiondakı geosiyasi vəziyyətdən və Hörmüz boğazından təhlükəsiz keçə biləcək qaz tankerlərinin sayından asılı olacaq.

İlham Şaban,

Neft Araşdırmaları Mərkəzinin rəhbəri

Bizə qoşulun