Medianews.az
"X"in işində problem
60 baxış

"X"in işində problem yarandı

"X" sosial şəbəkəsinin işində problem yaranıb. 

Medianews.az xəbər verir ki, bu barədə "Downdetector" veb saytı məlumat yayıb.

İstifadəçiləri dünya miqyasında geniş yayılmış kəsintilərdən şikayət edirlər.

Ən çox şikayət, ABŞ-dən gəlib. Kəsintilərlə bağlı məlumatlar Kanada, Birləşmiş Krallıq, Fransa, İspaniya, Almaniya, Hollandiya, Braziliya, Hindistan və bir sıra digər ölkələrdən də gəlir.

İstifadəçilərin əksəriyyəti tətbiq və veb saytla bağlı problemlər, serverə qoşulma, xəbər lentinin yüklənməsi və hesablarına daxil olma ilə bağlı problemlər barədə məlumat verir.

Bizə qoşulun