Ümumdünya Şəhərsalma Forumunun (WUF13) ikinci günü çərçivəsində forumun rəsmi açılışına həsr olunmuş mətbuat konfransı keçirilir.
Konfransda dünyanın dörd bir yanından gələn media nümayəndələri iştirak edir. Tədbir beynəlxalq media qurumları tərəfindən geniş işıqlandırılır. Media nümayəndələri arasında “Medianews.az” da yer alır.
Mətbuat konfransında forumun əsas prioritetləri, urbanizasiya sahəsində qlobal çağırışlar və dayanıqlı şəhər inkişafı istiqamətində beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunur.