Hindistanda vəhşi qaban bazara girib və dörd nəfəri yaralayıb.
Medianews.az xəbər verir ki, hadisə Hindistanın Cammu və Kəşmir bölgəsində baş verib.
Heyvanın aqressiv davranışlarından panikaya düşən insanlar gizlənmək üçün mağazalara qaçıblar. Qaban, kiçik bir qız da daxil olmaqla, dörd nəfərə xəsarət yetirib. Uşağı qorumağa çalışan ana da yaralanıb.
Zərərçəkənlər təcili xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti hazırda stabildir. Yerli sakinlər və mağaza sahibləri hakimiyyət orqanlarını belə bir hadisənin təkrarlanmasının qarşısını almaq üçün qabanı dərhal tutmağa çağırırlar.
Medianews.az