Medianews.az
Valideynlərinin cəsədlərini
61 baxış

Valideynlərinin cəsədlərini bağda saxlayırdı

Yaponiyada kişi valideynlərinin cəsədlərini bir neçə il bağında saxlayıb.

Medianews.az xəbər verir ki, Şiqa prefekturasının Otsu şəhərindən olan əlli yaşlı Kazuya Haşino həbsxanaya göndərilib.

Sosial işçilər polisə bildiriblər ki, onlar oğlu ilə birlikdə yaşayan valideynləri ilə əlaqə saxlaya bilməyiblər. Hər ikisinin yaşı 70-dən çox olub.

Polis əməkdaşları Haşinonun valideynlərinin skeletlərini onun bağında tapıblar. Müstəntiqlər onların bir neçə ildir orada olduqlarını müəyyən ediblər. Ölüm səbəbi hələ müəyyən edilməyib.

Kişi valideynlərinin ölümü barədə məlumat vermədiyinə görə həbs edilib.

Medianews.az

  

Bizə qoşulun