Medianews.az
"Uzak Şehir"də gözlənilməz ayrılıq
98 baxış

"Uzak Şehir"də gözlənilməz ayrılıq

Azərbaycanda da böyük maraqla izlənilən Türkiyənin "Kanal D" kanalının "Uzak Şəhər" serialında Boran obrazını canlandıran aktyor Burç Kümbetlioğlu mövsüm finalında layihə ilə vidalaşacaq.

Demokrat.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktyor gələcək mövsümdə layihədə iştirak edib-etməyəcəyi ilə bağlı sualı cavablandırarkən bildirib: "Hələlik dəqiq deyil. Yaxın zamanda bəlli olacaq".

Burç Kümbetlioğlu canlandırdığı obraz və ona yönələn tənqidlər barədə də fikirlərini bölüşüb. O qeyd edib ki, belə bir layihədə yer aldığı üçün məmnundur: “Türkiyənin ən çox izlənilən seriallarından biridir. Bu qədər mənfi xarakteri ilk dəfədir canlandırıram. Bu da mənim üçün fərqli təcrübə oldu. Həm maraq var, həm də tənqid. Ssenari belədir".

Burç Kümbetlioğlu mövsüm finalının vaxtı ilə bağlı danışarkən bildirib ki, finalın iyunun ilk həftəsində yayımlanması gözlənilir.

Məlumatlara görə, mövsüm finalında əsas heyətdən ayrılacaq başqa aktyorların da olacağı ehtimal edilir.

Qeyd edək ki, aktyor seriala 30-cu bölümdən etibarən qoşulmuşdu.

Bizə qoşulun