“Arsenal”ın vingeri Qabriel Martinelli yenidən Səudiyyə Ərəbistanı çempionatının təmsilçilərinin diqqət mərkəzinə düşüb.
Publika.az xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs məlumat yayıb.
“Əl-Nəsr” braziliyalı ulduz futbolçu üçün ciddi namizəd sayılır. “Topçular” 24 yaşlı oyunçunun satış variantını nəzərdən keçirməyə hazırdır. Bildirilir ki, idman direktoru Andrea Berta növbəti mövsüm ərəfəsində komanda üçün yeni sol vinger tapmaq niyyətindədir.
Qabriel Martinellinin ötən yay da Səudiyyə Ərəbistanından təklifləri olub. Lakin o, Avropanı tərk etmək istəməyib. Futbolçunun dünya çempionatından sonra mövqeyini dəyişib-dəyişməyəcəyi hələlik məlum deyil.
"Transfermarkt" portalında Martinellinin transfer dəyəri 45 milyon avro olaraq göstərilir.