Medianews.az
Ukrayna üçün həlledici günlər BAŞLAYIR:
67 baxış

Ukrayna üçün həlledici günlər BAŞLAYIR: Zelenskidən SON DƏQİQƏ açıqlaması

Ukrayna prezidenti Volodimir Zelenski qarşıdakı günləri “ən fəal diplomatik dövrlərdən biri” kimi xarakterizə edib.

Musavat.com xəbər verir ki, o, bu barədə “Telegram” hesabında paylaşım edib.

Ukrayna lideri bildirib ki, Yeni ilədək bir çox məsələlər həll oluna bilər:

“Yeni ildən əvvəl çox şey qərarlaşdırıla bilər və biz bunu təmin etmək üçün əlimizdən gələni edirik. Amma qərarların verilib-verilməməsi tərəfdaşlarımızdan, Ukraynaya kömək edənlərdən və Rusiyaya təzyiq göstərənlərdən asılıdır”, – deyə Zelenski vurğulayıb.

Prezidentin sözlərinə görə, təkcə bu həftə ərzində Rusiya Ukraynaya qarşı 2100-dən çox zərbə dronu, təxminən 800 idarəolunan aviasiya bombası və müxtəlif tipli 94 raketdən istifadə edib.

“Bütün bunlar xalqımıza, həyata və onun normal davamını təmin edən hər şeyə, ilk növbədə isə enerji infrastrukturumuza qarşı yönəlib”, – deyə Ukrayna lideri qeyd edib.

Məlumata görə, bu gün, 28 dekabr tarixində Zelenski ABŞ lideri Donald Trampla Florida ştatında yerləşən Mar-a-Laqo iqamətgahında görüşəcək. Görüş Bakı vaxtı ilə saat 22:00-da baş tutacaq.

Ukrayna mediasının yazdığına görə, Zelenski bu görüş zamanı Tramp ilə sülh sazişi layihəsi üzrə əsas fikir ayrılıqlarını aradan qaldırmağı planlaşdırır.

Bizə qoşulun